Fuad Qəhrəmanlınnı həbs müddəti daha 2 ay uzadılıb

Fuad Qəhrəmanlınnı həbs müddəti daha 2 ay uzadılıbBu barədə Nəsimi rayon Məhkəməsi qərar verib
Nəsimi rayon Məhkəməsində həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə vəsatəti təmin edərək onun həbs müddətini 2 ay uzadıb.

F. Mehdiyev bildirib ki, bu gün F. Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxılıb. Nəsimi rayon Məhkəməsi vəsatəti təmin etməyib.

F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Xeberdar.net

Fuad Qəhrəmanlınnı həbs müddəti daha 2 ay uzadılıb

  • 2-03-2016, 20:18
  • 825


Oxşar mövzular
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI