ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının söndürülməsində iştirak edən iki helikopter toqquşub.
Xeberdar.net-in məlumatına görə,bu barədə CNN məlumat yayıb.
“Yanğının söndürülməsi zamanı iki helikopter toqquşub. Helikopterlərdən biri təhlükəsiz eniş edə bilsə də, digər helikopter yerə çırpılıb. Təəssüf ki, helikopterdə olan 3 nəfər həlak olub”, - məlumatda bildirilib.