Azad edilmiş ərazilərdə daha 194 piyada əleyhinə mina aşkarlanıb

306 7-08-2023, 19:10 cemiyyet

Azad edilmiş ərazilərdə daha 194 piyada əleyhinə mina aşkarlanıbANAMA icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) iyulun 31-dən avqustun 6-dək işğaldan azad edilmiş torpaqlarda 363,02 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

AYNA xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 194 piyada əleyhinə, 30 tank əleyhinə mina və 97 partlamamış hərbi sursat aşkarlanıb.

XƏBƏR LENTİ