Moskvada miqrantlar arasında atışma baş verdi

478 9-08-2023, 11:40 dunya

Moskvada miqrantlar arasında atışma baş verdiMoskva vilayətinin Lyuberçı şəhərində miqrantlar arasında kütləvi dava baş verib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Şahidlərin sözlərinə görə, əvvəlcə atışma səsləri eşidiblər. Daha sonra miqrantların olduğu evin ətrafında əllərində dəyənək və zəncir olan 10-dan şəxs toplaşıb.

Hadisə yerinə polislər gəldikdən sonra miqrantlar uzaqlaşıblar.

Dava nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

XƏBƏR LENTİ