Kərimovanın 20 milyonluq mülkləri əlindən alındı

257 9-08-2023, 14:01 dunya

Kərimovanın 20 milyonluq mülkləri əlindən alındıBöyük Britaniyanın irimiqyaslı dələduzluqla mübarizə bürosu (SFO) Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 3 elit əmlakı müsadirə edib.

Xeberdar.net-in məlumatına görə,bu barədə Özbəkistan mətbuatı yazıb.

Məlumata görə, müsadirə olunan iki mənzil Londonun Belqraviya rayonunda, bir mülk isə Surrey qraflığında yerləşir. Əmlakların ümumi dəyəri 20 milyon funt-sterlinq təşkil edir.

SFO-nun hesabatına əsasən, əmlakları Gülnarə Kərimova və onun ailəsi Özbəkistanda korrupsiya əməlləri nəticəsində əldə edib.

“Kərimova 2004-2012-ci illər arasında telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmalarına kömək etmək müqabilində yüz milyonlarla dollar rüşvət alıb”, - hesabatda qeyd olunub.

SFO 2018-ci ilin oktyabrında mənzillər və mülkün müsadirə olunması ilə bağlı məhkəməyə müraciət etmişdi. Britaniya Ali Məhkəməsi avqustun 8-də qurumun iddiasını təmin edib.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınmada təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan məhkəmə yeni cinayət işi üzrə onun həbs müddətini 13 il 4 aya qədər artırıb.

XƏBƏR LENTİ