Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik edilir

268 9-08-2023, 18:06 cemiyyet

Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik edilirBakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.

Bu barədə Xeberdar.net-ə Azərbaycan Dəmir Yolları ASC-dən məlumat verilib.

Məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədi ilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.

XƏBƏR LENTİ