Türkiyənin İstanbul şəhərinin hava limanında çalışan personalı daşıyan avtobus aşıb.
Xeberdar.net-in məlumatına görə, İşıqlar-Ağaçlı yolunda körpünün üzərində olarkən avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdən boş əraziyə düşüb.
Qəza nəticəsində 29 nəfər yaralanıb.
Bölgəyə polis, xilasetmə və tibb qrupları cəlb olunub.