Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Xidmətdən Xeberdar.net-ə verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41°-dək, Naxçıvan Muxtar Respublikasında 42°-dək, aran rayonlarında 43°-dək, Gəncə-Qazax zonasında 41°-dək, dağlıq rayonlarda isə 34°-dək yüksəlib.