Şovi faciəsi: ölənlərin sayı 24-ə çatdı

238 11-08-2023, 21:20 dunya

Şovi faciəsi: ölənlərin sayı 24-ə çatdıGürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində daha 2 nəfərin cəsədi aşkarlanıb ki, bununla da ölənlərin sayı 24-ə çatıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.

Son məlumatlara əsasən, 9 nəfər itkin düşmüş hesab olunur.

Xilasedicilərin fəlakət bölgəsindən 200 nəfərdən çox şəxsi təxliyə etdiyi deyilir.

XƏBƏR LENTİ