Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın minalardan təmizlənməsində köməyə görə Azərbaycana təşəkkür edib.
Xeberdar.net-in məlumatına görə, Zelenski bu barədə videomüraciətində bildirib.
"Azərbaycan humanitar yardımın yeni paketini, xüsusilə minatəmizləmə avadanlıqlarını təqdim etməyə hazırdır. Bu, həm də bizim tərəfdaşlarla işimizin əsas istiqamətlərindən biridir", - prezident bildirib.