Məşhəddə Səudiyyə konsulluğu açıldı

375 14-08-2023, 02:25 dunya

Məşhəddə Səudiyyə konsulluğu açıldıİranın Məşhəd şəhərində Səudiyyə Ərəbistanı konsulluğu fəaliyyətə başlayıb.

Xeberdar.net
-in məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Konsulluq şəhərin şimal-şərqində yerləşən otellərdən birində açılıb.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı martın 10-da Çinin köməyi ilə 7 illik əlaqələrin kəsilməsindən sonra münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

XƏBƏR LENTİ