İlham Əliyev Dağıstan rəhbərinə başsağlığı verdi

245 15-08-2023, 12:53 cemiyyet

İlham Əliyev Dağıstan rəhbərinə başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev Dağıstanın rəhbəri Sergey Məlikova başsağlığı verib.

Xeberdar.net məktubun mətnini təqdim edir:

"Hörmətli Sergey Alimoviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm".

XƏBƏR LENTİ