Tehranda yerləşən 3 mərtəbəli Ahəngəran bazarında güclü yanğın nəticəsində 30 mağaza tamamilə yanıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə Tehran Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsi və Təhlükəsizlik Xidmətlərinin sözçüsü Seyid Cəlal Məliki açıqlama verib.
O, yanğının avqustun 15-də, yerli vaxtla saat 02:01-də başladığını, 30 mağazadan əlavə alt qatda yerləşən anbarın da çox hissəsinin yanaraq kül olduğunu bildirib.
Məlumata görə, yanğın söndürülüb, xəsarət alanlar yoxdur.