Mahaçqala partlayışı: Eldar Nəsrullayev həbs edildi

244 17-08-2023, 20:19 cemiyyet

Mahaçqala partlayışı: Eldar Nəsrullayev həbs edildiRusiya paytaxtı Moskvanın Basman Rayon Məhkəməsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində onlarla insanın ölümü ilə nəticələnən yanğınla bağlı təqsirləndirilən Eldar Nəsrulayevi iki ay müddətinə həbs edib.

Xeberdar.net-in məlumatına görə, onun barəsində oktyabrın 14-dək həbs qətimkan tədbiri seçilib.

Məhkəmə iclası təqsirləndirilən şəxslərin və yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədilə qapalı keçirilib.

Xatırladaq ki, avqustun 15-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində aralarında uşaqlar da olmaqla, 35 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

XƏBƏR LENTİ