Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Xeberdar.net-in Report-a istinadən məlumatına görə,hadisə Nizami küçəsində qeydə alınıb.
Belə ki, sürücü idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə 3 nəfər xəsarət alıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır