"Dünyada koronavirusa yoluxma artır" - ÜST

218 18-08-2023, 08:51 dunya

"Dünyada koronavirusa yoluxma artır" - ÜSTİyulun 17-dən avqustun 13-dək dünyada 1,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub.

Xeberdar.net-in TASS-a istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 63% artıb.

Məlumata görə, 104 ölkədə COVID-19-a yoluxma qeydə alınıb. ÜST qeyd edib ki, fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, COVID-19 "əsas təhlükə olaraq qalır".

XƏBƏR LENTİ