Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

289 18-08-2023, 16:38 cemiyyet

Bu tarixədək yağış yağacaq - XəbərdarlıqAvqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, 19-u gündüzdən 20-si gündüzədək isə bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Xeberdar.net Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, leysan olacağı, dolu düşəcəyi, əsasən, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi 15-18 m/s, 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi ehtimalı var.

XƏBƏR LENTİ