24 yaşlı qız binadan yıxılaraq ölüb

297 19-08-2023, 11:44 hadise

24 yaşlı qız binadan yıxılaraq ölübGəncədə 24 yaşlı qız binadan yıxılaraq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ