Əpl Ayfon istifadəçilərinə xəbərdarlıq etdi

348 20-08-2023, 05:43 dunya

Əpl Ayfon istifadəçilərinə xəbərdarlıq etdiƏpl şirkəti Ayfon sahiblərinə xəbərdarlıq edib.

Xeberdar.net-in məlumatına görə, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, şirkət Ayfon sahiblərinə mobil telefon enerji yığarkən telefonu bədənə, yastığın altına və ya yorğana qoymamağı tövsiyə edib.

Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik şoku, şəxsi xəsarət və ya Ayfon və ya digər əmlakın zədələnməsi ilə nəticələnə bilər. Həmçinin orijinal olmayan enerji ötürən cihazlarının istifadəsi yanğına səbəb ola biləcəyi vurğulanıb.

XƏBƏR LENTİ