Rusiyada avtobus qəzasında 15 uşaq xəsarət alıb

251 20-08-2023, 08:51 dunya

Rusiyada avtobus qəzasında 15 uşaq xəsarət alıbRusiyanın Perm diyarında məktəbli avtobusunun yoldan çıxaraq qəza törətməsi nəticəsində 15-i uşaq olmaqla 16 nəfər yaralanıb.

Xeberdar.net-in TASS-a istinadən məlumatına görə, Rusiyanın region üzrə İstintaq Komitəsinin İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Yol-nəqliyyat hadisəsində 16 nəfər xəsarət alıb, o cümlədən 15 həddi-büluğa çatmamış şəxs”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ümumilikdə nəqliyyat vasitəsində 20 nəfər olub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ