Bu gün Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb.
Xeberdar.net-in məlumatına görə,bu barədə Report-a Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Həmçinin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, tibb müəssisəsinə zəlzələ ilə əlaqəli müraciət daxil olmayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.