Tarixdə ilk: Hindistanın kosmik gəmisi Aya eniş etdi

244 23-08-2023, 21:18 dunya

Tarixdə ilk: Hindistanın kosmik gəmisi Aya eniş etdiHindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib.

Xeberdar.net-in məlumatına görə, Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.

Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.

Qeyd edək ki, bir neçə gün öncə Rusiyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb.

XƏBƏR LENTİ