Azərbaycan təyyarəsi Almaniyada məcburi eniş etdi

243 24-08-2023, 18:54 dunya

Azərbaycan təyyarəsi Almaniyada məcburi eniş etdiAzərbaycanın “Silk Way Airlines” aviaşirkətinə məxsus İl-76 nəqliyyat təyyarəsi Leypsiqdən (Almaniya) havaya qalxdıqdan qısa müddət sonra hidravlik sistemində nasazlıq yaranıb və uzun müddət yanacaq yandırdıqdan sonra hava limanına qayıtmağa məcbur olub.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, AZQ4117 reysi Leypsiq - Qao (Mali) marşrutu üzrə hərəkət etməli idi.

"Təyyarənin hidravlik problemləri yarandı və yenidən Leypsiqə qayıtmalı idi. Pilotlar eniş ağırlığına çatmaq üçün kerosin yandırdılar", - Almaniyanın Hava Nəqliyyatına Nəzarət İdarəsinin sözçüsü Robert Ertler deyib.

Bildirilib ki, yanacaq yandırmaq üçün İl-76 pilotları Erfurt şəhəri üzərində 11 dövrə vurdular ki, bu da təxminən üç saat çəkdi. Yerli vaxtla saat 13:54-də təyyarə Leypsiq/Halle hava limanına enib

XƏBƏR LENTİ