İranda NEZ-də partlayış olub, ölən və yaralananlar var

215 24-08-2023, 21:49 dunya

İranda NEZ-də partlayış olub, ölən və yaralananlar varİranın şimal-şərqindəki Sərəxs şəhərində neft emalı zavodunda (NEZ) baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

"Xorasan Rəzəvi vilayətinin Sərəxs şəhərində “Şahid Haşeminejad” neft emalı zavodunun təmir sexində qaz sızması partlayışa səbəb olub, nəticədə iki nəfər ölüb, beş nəfər yaralanıb”, - məlumatda deyilir.

XƏBƏR LENTİ