Türkiyənin Qəhrəmanmaraş vilayətində kağız istehsalı fabrikində yanğın baş verib.
Xeberdar.net-in məlumatına görə, hadisə bu gün axşam saatlarında müəssisənin tullantılar bölməsində baş verib.
Hadisə yerinə helikopter, təcili və təxirəsalınmaz tibbi yardım briqadası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.