Şərurda yeni avtovağzal binası tikilir - FOTO

471 27-08-2023, 15:28 cemiyyet

Şərurda yeni avtovağzal binası tikilir - FOTONaxçıvan Muxtar Respublikasının Şərur şəhərində müasir standartlara cavab verən avtovağzal binası tikilir.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda binada son tamamlama işləri görülür, ətraf abadlaşdırılır.

Bildirilir ki, avtovağzal binası istifadəyə verildikdən sonra rayon mərkəzində və ayrı-ayrı kəndlərdə sərnişindaşıma xidməti yaxşılaşacaq, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldiləcək.
Şərurda yeni avtovağzal binası tikilir - FOTO

XƏBƏR LENTİ