Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Füzulidəki mövqelərini atəşə tutub

279 29-08-2023, 09:50 cemiyyet

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Füzulidəki mövqelərini atəşə tutubAvqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ