Urmiya gölünə su buraxılmayacaq - Əştəri

270 31-08-2023, 18:58 dunya

Urmiya gölünə su buraxılmayacaq - ƏştəriŞərqi Azərbaycan əyalətindəki su anbarlarından Urmiya gölünə su buraxılmayacaq.

Xeberdar.net-in məlumtına görə, bunu Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Şəhnam Əştəri deyib.

O, Urmiya gölünün hazırkı ekoloji vəziyyətinin yaşayış məntəqələri üçün ciddi təhlükə yaratmadığını iddia edib:

“Şərqi Azərbaycan əyaləti Urmiya gölünün su səviyyəsinin təmin edilməsində cəmi 10% rol oynayır. Gölə su buraxılması üçün bəndləri açmaq məntiqli deyil".

Qeyd edək ki, bir neçə gün əvvəl Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmedian da oxşar çıxış edərək, bəndlərdən Urmiya gölünə su buraxılmayacağını demişdi.

XƏBƏR LENTİ