Sərhəd toqquşması: Ermənistan MN itkilərini açıqladı

233 1-09-2023, 11:27 dunya

Sərhəd toqquşması: Ermənistan MN itkilərini açıqladıSərhəd toqquşması: Ermənistan MN itkilərini açıqladıErmənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgərinin öldüyünü təsdiqləyib.

Xeberdar.net-in məlumatına görə, bu barədə Ermənistan MN məlumat yayıb.

Nazirlik daha bir əsgərinin yaralandığını bildirib.

Daha təfərrüatlı məlumatın az sonra yayılacağı bildirilib.

Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.

Ordumuz cavab tədbirləri görür.

XƏBƏR LENTİ