Azərbaycanda bu yolun bir hissəsi bağlandı

251 1-09-2023, 14:02 cemiyyet

Azərbaycanda bu yolun bir hissəsi bağlandıBakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi, 10-120-ci km-lik hissəsində isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.

Xeberdar.net-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bu gün axşam saat 23:00-a qədər davam etdiriləcək. Yolun həmin hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.

XƏBƏR LENTİ