Məşhur oliqarx dələduzluqda ittiham edilir - Ukraynada səs-küylü əməliyyat

217 2-09-2023, 13:21 dunya

Məşhur oliqarx dələduzluqda ittiham edilir - Ukraynada səs-küylü əməliyyatUkrayna Təhlükəsizlik Xidməti, Baş prokurorluq və İqtisadi təhlükəsizlik bürosu milyarder İqor Kolomoyskinin evində axtarış aparıb və ona şübhəli şəxs qismində ittiham irəli sürüb.

Kolomoyski dələduzluq və əmlakjın qanunsuz ələ keçirilməsi kimi cinayət əməllərində günahlandırılır.

O, Ukraynada ən böyük təsir gücə malik olan oliqarxlardan biri sayılırdı və ölkənin siyasi səhnəsində əsas söz sahiblərindən biriydi.

Kolomoyski və ailəsinə qarşı 2021-ci ildə ABŞ tərəfindən sanksiyalar tətbiq olunmuşdu və o, korrupsiyada şübhəli bilinirdi.

Sanksiyalar tətbiq olunan zaman, ABŞ Dövlət katibi Blinken bəyan etmişdi ki, "Kolomoyski Ukraynada demokratik prosesləri əngəlləmək cəhdləri edir".

Qeyd etmək lazımdır ki, “Kolomoyski mövzusu" Ukrayna və ABŞ arasında fikir ayrılığı olan mövzulardan biriydi.

“Azpolitika.info”

XƏBƏR LENTİ