Rusiyanın paytaxtı Moskvanın Şimal Butovo rayonundakı yanacaqdoldurma məntəqəsində böyük qaz sızması baş verib.
Xeberdar.net-in məlumatına görə,bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, “İnteroil” yanacaqdoldurma məntəqəsində propan çəlləkinin təzyiqi azaldılıb. Qaz sızmasına səbəb 9 kubluq yeraltı çənin qırıldığı müəyyən edilib. Hazırda ərazi mühasirəyə alınıb, insanlar ərazidən təxliyə edilib.
Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib.