Ukrayna ordusu rusların mövqelərinə 11 zərbə endirdi

292 2-09-2023, 22:06 dunya

Ukrayna ordusu rusların mövqelərinə 11 zərbə endirdiUkrayna ordusu gün ərzində rus hərbçilərinin şəxsi heyətinin və silahlarının cəmləşdiyi ərazilərə 9 zərbə endirib.

Xeberdar.net-in məlumatıan görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

"Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə doqquz, düşmənin zenit-raket komplekslərinə iki zərbə endirib", - məlumatda deyilib.

Baş Qərargahdan həmçinin bildirilib ki, ruslar gün ərzində Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə 2 raket və 34 hava zərbəsi endirib, reaktiv yaylım atəşi sistemlərindən 42 dəfə atəşə tutulub.

XƏBƏR LENTİ