İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyuldu

255 5-09-2023, 10:48 cemiyyet

İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyulduAzərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailəsinin ölkədən çıxışına qadağa qoyulub.

Xeberdar.net-in məlumatına görə, bu barədə Bakupost.az-a qardaşı Qalib Toğrul məlumat verib.

Qeyd edək ki, Qubad İbadoğlu iyul ayında həbs edilib.

O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ