İraqın Bəsrə bölgəsində Kərbəlaya ziyarətə gedən İran zəvvarlarını aparan avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb.
Xeberdar.net-in məlumatına görə,bunu İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatların İdarəetmə və Koordinasiyası Mərkəzinin direktoru Hüseyn Derəxşən bildirib.
Onun sözlərinə görə, 2 avtomobil və bir yük maşını İran zəvvarlarını aparan avtobusla toqquşub. Yaralılar İranın İraqla sərhədində yerləşən Şalamçe şəhərində hospitala yerləşdiriliblər.