Məktəblərdə telefondan istifadə qadağan edilə bilər

302 6-09-2023, 17:31 cemiyyet

Məktəblərdə telefondan istifadə qadağan edilə bilərGələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.

Xeberdar.net-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən xüsusi qayda yoxdur:

"Bu kimi məsələlər məktəbdaxili qaydalarla tənzimlənməlidir".

Onun sözlərinə görə, ilin sonuna bu kimi müəyyən məsələlərin tənzimlənməsini özündə ehtiva edən qaydaların qəbulu planlaşdırılır:

"Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".

XƏBƏR LENTİ