Rusiyanın Belqorod vilayətində təyyarə tipli PUA zərərsizləşdirilib.
Xeberdar.net-in məlumatına görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib.
“Valuyski dairəsində hava hücumundan müdafiə sistemi işə salınıb. İlkin məlumata görə, itki yoxdur. Üç fərdi ev və bir yardımçı tikilidə ziyan aşkar edilib”, - Qladkov bildirib.