2023.09.13. 17:45
Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 7 minə çatıb.
Xeberdar.net-in məlumatına görə,bu barədə Liviya Nümayəndələr Palatasının (parlament) rəsmi nümayəndəsi Abdalla Belhak bildirib.
“Minlərlə cəsəd hələ də şəhərin küçələrində və ya dənizdə qalıb. Onları dəfn etməyə imkanımız yoxdur”, - o deyib.
***
Liviyanın şimal-şərq bölgələrində yağan yağış və daşqınlar nəticəsində ölənlərin sayı 8 mini ötüb.
Bu barədə “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında ölkənin Nümayəndələr Palatasının müşaviri deyib.
Onun sözlərinə görə, hazırda 10 mindən çox itkin düşən var.
Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb. Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.