Məhbus müəllimin vəziyyəti ağırlaşdı

207 14-09-2023, 17:04 dunya

Məhbus müəllimin vəziyyəti ağırlaşdıTehranın Qızılhisar həbsxanasında saxlanılan Güney azərbaycanlı müəllim və siyasi məhbus Cəfər İbrahiminin səhhəti ağırlaşıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, xəstəxanaya köçürülüb.

Sentyabrın 7-dən 12 siyasi məhbusla aclıq aksiyası keçirən müəllimin huşunu itirdiyi, həyatının təhlükədə olduğu bildirilib.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il mayın 1-ə təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə - aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamları ilə 5 il azadlıqdan məhrum edilib.

XƏBƏR LENTİ