İrəvanda növbəti silahlı insident baş verib. Xeberdar.net-in məlumatına görə, bu barədə məlumatı Ermənistanın “shamshyan.com” kriminal xəbər portalı yayıb.
Qeyd olunub ki, baş verən hadisə zamanı həm atışma, həm də bıçaqlanma olub. Atışma nəticəsində 2 nəfər yaralanıb və onlar tibb mərkəzinə aparılıb.
Yaralanan şəxslərin 2 qardaş olması məlum olub və hadisə yerindən aşkarlanmış tapança gilizləri ekspertizaya göndərilib, bununla yanaşı ərazidə “Lada-110” markalı avtomobil də olub.
Hüquq-mühafizə orqanı əməkdaşları xəsarət alanların və hadisə yerində aşkar edilmiş avtomobilin sahibinin şəxsiyyətini müəyyənləşdirmək üçün çalışır, araşdırma davam edir.