Xaçmazda körpü uçdu: xəsarət alanların adları...

201 15-09-2023, 12:33 cemiyyet

Xaçmazda körpü uçdu: xəsarət alanların adları...11:19

Fövqəladə Hallar Nazirliyi Xaçmazda körpünün uçması ilə bağlı məlumat yayıb.

Nazirlikdən Xeberdar.net-ə bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.

Hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Xaçmazda Qudyalçay çayı üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralananlar hadisə baş verən vaxt körpünün üzərində hərəkət edən avtomobildə olan şəxslərdir.

Avtomobilin çay dərəsinə düşməsi nəticəsində 1966-cı il təvəllüdlü Əlisafa Abbas oğlu Heybətov, 1984-cü il təvəllüdlü Əfsun Əsgər oğlu Qarayev və 1999-cu il təvəllüdlü Elvin Tofiq oğlu Səfərəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb. Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.

XƏBƏR LENTİ