Füzulidə peşə məktəbinin tikintisinə noyabrda başlanılacaq

249 15-09-2023, 19:11 cemiyyet

Füzulidə peşə məktəbinin tikintisinə noyabrda başlanılacaqNazir: “İlk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək”

“İşğaldan azad olunan rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq”.Xeberdar.net-in “Report”a istinadənməlumatına görə, bu fikirləri 15 sentyabr - Bilik Günü münasibətilə Füzuli şəhərində olan elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında deyib.

“Verilmiş tapşırıq ondan ibarətdir ki, ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa olunacaq. Bunlardan birinin təməli artıq dövlət başçısı tərəfindən Füzuli şəhərində qoyulub. Peşə təhsili liseyinin 24 ay ərzində bitməsi proqnozlaşdırılır. O cümlədən, Şuşa şəhərində də peşə təhsilinin inkişafı istiqamətində işlərə başlanılacaq”, - deyə nazir qeyd edib.

XƏBƏR LENTİ