Şimali Makedoniya Rusiya səfirliyinin 3 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Xeberdar.net-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Üç diplomatımız heç bir açıqlama verilmədən arzuolunmaz şəxs elan edildi”, - deyə Zaxarova bildirib.
XİN rəsmisi əlavə edib ki, rəsmi Skopye bununla onsuz da böhran vəziyyətində olan münasibətləri dalana dirəyir.