Polşa sabahdan etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan edəcək.
Xeberdar.net-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminski məlumat verib.
"Rusiyada qeydiyyatda olan heç bir minik avtomobili Polşa ərazisinə daxil ola bilməyəcək. Rusiya yük maşınlarına qoyulan qadağa əvvəllər də qüvvədə idi. İndi heç bir Rusiya avtomobili Polşaya girməyəcək", - nazir qeyd edib.