Qanunsuz erməni silahlılarının növbəti təxribatının qarşısı alınıb

228 17-09-2023, 11:26 dunya

Qanunsuz erməni silahlılarının növbəti təxribatının qarşısı alınıbMüdafiə Nazirliyi qanunsuz erməni silahlılarının təxribatı barədə məlumat yayıb

Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Xeberdar.net-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

XƏBƏR LENTİ