Ağdam istiqamətində qanunsuz erməni silahlılarının təxribatının qarşısı alınıb

219 17-09-2023, 20:06 cemiyyet

Ağdam istiqamətində qanunsuz erməni silahlılarının təxribatının qarşısı alınıbMüdafiə Nazirliyi: "Adekvat cavab tədbirləri görülüb"

Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Xeberdar.net-ə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ