Səudiyyə Ərəbistanından İsraillə bağlı şok qərar...

254 17-09-2023, 20:50 dunya

Səudiyyə Ərəbistanından İsraillə bağlı şok qərar...Səudiyyə hökuməti ikitərəfli münasibətlərin normallaşdırılmasına dair İsraillə danışıqlar prosesini dayandırmaq qərarına gəlib.

Xeberdar.net-in məlumatına görə, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Qeyd olunub ki, Ər-Riyad qərarını ABŞ administrasiyasına çatdırıb.

Medianın məlumatına görə, Səudiyyə tərəfi İsrailin baş naziri Benyamin Netanyahu ilə güzəştə getmək üçün heç bir fürsət görmür.

Xatırladaq ki, 2020-ci ildə BƏƏ və İsrail ABŞ vasitəçiliyi ilə münasibətləri normallaşdırıb. BƏƏ-dən başqa, Bəhreyn və Mərakeş də İsraillə diplomatik əlaqələr qurub.

XƏBƏR LENTİ