Rusiya müharibənin 574-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Xeberdar.net-in məlumatına görə,, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 475 təyyarəsi, 249 helikopteri, 6945 PUA-sı, 438 zenit-raket kompleksi, 12 009 tank və digər zirehli texnikası, 1152 reaktiv yaylım atəş sistemi, 6462 artilleriya və minaatanı, 13 262 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.