Türkiyədə dağlıq ərazidə yanğın baş verib

234 21-09-2023, 10:41 dunya

Türkiyədə dağlıq ərazidə yanğın baş veribƏraziyə xilasedicilər, yanğınsöndürənlər cəlb edilib

Türkiyənin Malatya şəhərində yerləşən dağlıq ərazidə yanğın baş verib. Xeberdar.net Türkiyə mətbuatına istinadən məlumat verir ki, əraziyə 15 maşın yanğınsöndürmə briqadası və 60 canlı qüvvə cəlb olunub, hadisə nəticəsində nəqliyyatın hərəkətində çətnliklər yaranıb.

Yanğının əhatə dairəsi küləyin təsiri ilə daha da böyüyüb, yaxınlıqda olan yaşayış evlərinə də təhlükə yaranıb.

Əraziyə xilasedicilər, yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğın nəzarətdədir, soyutma işləri davam edir.

XƏBƏR LENTİ