Ötən gecə Ermənistan polisi İrəvanın mərkəzində hökumət binası yaxınlığında Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələr fonunda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 30 etirazçını saxlayıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.
“Onlardan 28-i barəsində cinayət, 2-si barəsində isə inzibati qaydada iş başlanılıb”, - məlumatda deyilir.